DÇ-2018: Xorvatiya Rusiyanı məğlub edərək yarımfinala çıxıb

Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib
“Report”un məlumatına görə, ev sahibi Rusiya ilə Xorvatiya yığması ilə qarşılaşıb.Soçidə “Fişt” stadionunda baş tutan qarşıdurmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından oyun əlavə vaxtda davam edib. Lakin əlavə vaxt da 2:2 hesablı bərabərliklə yekunlaşdığından qalibi penaltilər seriyası ilə müəyyən etmək lazım gəlib.Pelnaltilər seriyasında Xorvatiya yığması rəqibini məğlub edərək yarımfinala çıxıb.pia.az