Keçmiş baş nazirə 10, qızına 7 il həbs cəzası verildi

Pakistanın keçmiş baş naziri Navaz Şərif korrupsiya cinayətinə görə 10 il həbsə məhkum edilib
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Şərif 8 milyon sterlinq pul cəriməsi də ödəyəcək. Ramazan bayramında Londonda müalicə olunan xanımını ziyarətə gedən və hələ də orada qalan Navaz vəkilləri vasitəsilə Pakistana gələn həftə qayıdacağını və məhkəmənin təxirə salınmasını tələb edib. Şərifin qızı Məryəmə isə eyni cinayətdən 7 il həbs, 2 milyon sterlinq cərimə təyin olunub. Şərif ötən il Panama sənədləri üzə çıxdıqdan sonra Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən kənarlaşdırılıb. pia.az