DÇ-2018: 1/4 final həyəcanı başlayır

Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək
İlk oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə Uruqvay və Fransa yığmaları üz-üzə gələcəklər. Xatırladaq ki, 1/8 finalda Uruqvay Portuqaliyanı 2:1, Fransa isə Argentinanı 4:3 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.Günün digər matçında isə Belçika və Braziliya münasibətlərinə aydınlıq gətirəcək. 1/8 finalda Braziliya Meksikanı 2:0, Belçika isə Yaponiyanı 3:2 hesabı ilə məğlub edib.DÇ-20181/4 final6 iyul18:00. Uruqvay - FransaHakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)Nijni Novqorod, “Nijni Novqorod” stadionu22:00. Braziliya – BelçikaHakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)Kazan, “Kazan Arena”pia.az