“Xalqın şairi” yarışmasında Qalib Olan Şeirlər

ARB kanalında yayımlanan “Xalqın şairi” layihəsində ikinci yerə layiq bilinən Salyanlı şair Həsən Kürün şeirlərini təqdim edirik
Boynubükük Xeyir Duası Boynunu büküb deyəsənAnamızın boynumuzdanAsdığı xeyir duasıBir ağaca söykənmişikAyağını tikan basıbİçini qurd-quş dağıdırBaşında bayquş yuvası Boğduq körpə ümidləriGözlərini açan kimiBeşikdəcə, nəfəs-nəfəsBiz heç kimə daş atmadıqBu küçüklər kimindi bəs!? Belimdə xəncər pas atıbCibimə saldığım əliŞaxta vurdu, boran kəsdiBu nə abırsız həyatdıDünən dost dediyim adamBu günləri "filankəsdi" Sən də ağ günə çıxmadınAz qalxmadın hündürlüyəÜrəyini yormaq üçünAz öz-özündən qaçmadınAyağını qırmaq üçünBir ovuc torpağı bükübDöş cibində saxlayırsanBaşını basdırmaq üçün. Nə deyirsən, bəlkə gedəkOnsuz bir işə yaramırMuradını itirənlərBəlkə xoşbəxtliyi tapırHəyatını itirənlər Çək belini bu ağacdanAyağını tikan basıbBaşında bayquş ulayırBu ağac bar verməyəcəkBaşımızı qurdalayır Dilənçi Səni vaqon-vaqon gəzibSoruşmuşam qatarlardanKüçələrdən, səkilərdənHörümçəkli divarlardan Soruşmuşam səni inanSənə oxşar hər qadındanHətta qəbristanlıqdakıGor qazanın arvadından Unutmuşam ev-eşiyiSizin qapıda yatmaqdanDilənçi cildinə giribQardaşını aldatmaqdan Qapı qonşularınız daBaxıb şübhələnir hərdənHər gün axşam anan mənəYemək verir pəncərədən Arada bir dərdləşmişikAtandan da söz almışamAtan mənə qardaş deyirGör nə qədər qocalmışam Sən Allah qurtar tərsliyiTəmizlə qəlbindən kiniYoxsa gec-tez qapınızdanQovacaqlar dilənçini Allaha əmanət Hərə bir şeylə başını qatır bu dünyadaKülək yarpaq yeyir, torpaq yağış, əcəl ətBir gün hamı gedir,Bir gün hamının arxasınca göz yaşı atırlar"Allaha əmanət!" Biz də gedəcəyik hamı kimiTapdaladığımız qarışqaların balaları meyitimizi didəcəkMənim atam, qaz kəsiləndə əsəbiləşən,işıq gedəndə qarğış edən adamdıMən gedəndə kimə qarğış edəcək?! Mən öləndə çaqqallar ulayacaq sevincindənBayquşlar nəğmə oxuyacaqSonra yağış yağacaqTorpaq fəhlə paltarı qoxuyacaq Heç sən də çox qalmazsanSən də gedərsən, unudularsanZaman ötdükcə qərənfillə baş daşını aldadar əzizlərinBir gün yiyəsini axtararSahildəki ayaq izlərin Gəl gedək, qaçaqBu dəfə yaşamaq üçün yox, ölmək üçün yorulaqNə qədər ki Adəm kimi qovulmamışıqözümüz cəhənnəm olaq Doxsan altının martı Qalmadı bahardan, payıza qədərYenə qaranquşlar bizi aldatdıDünyanı yaxşı yer bilib gəlmişdikBizi Yaradanın özü aldatdı Mən uşaq olmadım, ola bilmədimNə ay işıq saldı yolumun üstəNə səhər açıldı ay çəkiləndəBütün oyuncaqlar andını pozduAtamız əliboş evə gələndə İlahi! Üzümün nurun itirdimTorpağın içində, tozun içindəHeç biri mən deyən kimi baxmırdıBaxdığım o qədər qızın içində Mən idim küçədə sevinc dilənənHər üzü güləni doğma kəs bilənOtağın küncünü ana qucağıEvin divarını müqəddəs bilən Payıza əyildi, qışa əyildiYazın əvvəlində bitən uşaqlıqBəlkə də gözümdən yerə düşərəkYem oldu köpəyə, itə uşaqlıq Qalmadı bahardan, payıza qədərYenə qaranquşlar bizi aldatdıDünyanı yaxşı yer bilib gəlmişdikBizi Yaradanın özü aldatdı Pəncərə Oğlu müharibədə itkin düşən analara ithaf edirəm Yenə həmin pəncərəYenə həmin intizarNə ölüsün gətirənNə "diridir" deyən var İyirmi dörd yaşı varAğrısı-acısınınƏlləri tir-tir əsir,Üzünə qırış düşüb.Küçəyə boylanmaqdanGözünə qırış düşüb Səhər yedikləriniAxşam çağı unudurHərdən yerə yıxılır,Evin divarlarındanYapışmağı unudur Nə yaşını düz bilirNə yetmiş illik adınBircə...Oğlunun getdiyi gün"Gül kimi" yadındadı Təqvimin rəqəmləriAmansız cəllad kimiHər gün bir az öldürürNə zəng gəlir, nə məktubNə həyətdə it hürür Yazıq əldən düşdüyünCana doyduğun bilirNə oğlunun yeriniNə də şəkilləriniHara qoyduğun bilir Heç kim ondan danışmırHamı onu unudurƏn yaxın bildiyi dəBir gün evin nömrəsinBir gün yolu unudurAyda-ildə bir dəfəQəfil qapı döyülürQonşunun kiçik qızıDuz istəyib qayıdır Yenə həmin pəncərəYenə həmin intizarSabah gün doğacaqsaDemək hələ ümid var Öləsən Bir gün qələmin sınaYox olasan, öləsənSəssiz-səssiz bir küncəSıxılasan, öləsən Mən axı gün görmədimNə qəribə həyatdıAllah məni yaratdıDoğulasan, öləsən? Heç xəbərin olmayaQarasından, ağındanBir gecə yatağındanYıxılasan, öləsən Bəsdir oyuncaq oldunBu dünyanın nazınaAnanın ağ saçınıKeçirib boğazınaBoğulasan, öləsən Gözümün yaş vaxtı Cavan ömrün ilişəƏcəlin boş vaxtınaYaradan rəhm etməyəGözünün yaş vaxtına Can verəsən qadasıRəngin ola sap-sarıAtanın dualarıDüşə sərxoş vaxtına Anan özün itirəSaçı boğa barmağınAğlayıb, sızlamağıDüşə əzrail bəyin"Ürəyi daş "vaxtına Həmişə dərd-qəm yeyənGün üzünü görməyənCismini tapşıralarTorpağın qış vaxtına Bayquş Yuvası Yuxuya getmək olmurDöşəyin soyuq yanı,Qucağımda balışlaQırışmış ağ köynəyimDolabdakı ütüyəDillənir ki, bağışla "Zibil maşınlarına"Hopan qoxu kimidirTənhalığın qoxusuUzaqdan hiss olunurBurnunu tutanlarınTanıyıram çoxusun Əllərim, nəbzim kimiDinc dayanmır yerindəƏsir, əsir...Qırış doğan sifətimQocalmağa tələsir Nə qapımın zəngi varNə mətbəxin qadınıİndi yaxşı bilirəmÜç gün əvvəl dəmlənmişAcı çayın dadını Bir qərar ver İlahiÇək daha birimizinAyağının altındanCırıldayan stuluYa bu tənhalıq, ya mən!Bir şəhid atasınınBaşındakı sonuncuqara tüklər kimiyəmTənhayam mən!(kulis) pia.az