Duqin və Savelyev Putinin mövqeyini dəyişəcək?

“Hələlik Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini söyləmək çox tezdir”
Bu sözləri Axar.az-a Rusiyanın deputat və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini şərh edən millət vəkili Rasim Musabəyov deyib.“Rusiyada bir qrup insan var ki, Azərbaycana qarşı hər zaman yaxın mövqeləri ilə seçiliblər. Ötən gün Cocuq Mərcanlıda Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması ilə bağlı səsləndirilən fikirlər müsbət qiymətləndirilməlidir. İş orasındadır ki, sözügedən şəxslərin mövqeləri əvvəldən də Azərbaycana məlum idi. Bizim üçün hazırda əsas məsələ Rusiyanın daha böyük nüfuz sahiblərinin mövqeləridir. Təəssüf olsun ki, Rusiyada bunun tam əksini deyən insanların sayı az deyil”, - deputat bildirib.Qeyd edək ki, Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak edib. Kremlə yaxınlığı ilə seçilən ideoloq və deputatların Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycana məxsus olması barədə beynəlxalq hüquqa əsaslanan açıqlamaları İrəvanda rezonans doğurub.pia.az