Rusiya yeni silahı ilə bağlı detalı açıqladı

Hazırda Rusiyanın yeni fantastik silahlarından hipersəs “Kinjal” (Xəncər) raketlərini bir ədəd tutumlu “MİQ-31BM” qırıcıları daşıyır
Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, “TU-22M3” uzaqmənzilli bombardmançı qırıcısı isə 4 ədəd “Kinjal” (Xəncər) hipersəs raketini daşıya biləcək.Agentliyə bu barədə Rusiyanın Müdafiə sənayesindəki informasiya mənbəyindən bildirilib.“ “Kinjal” raketlərinin sınaqdan keçirələcəyi “TU-22M3” qırıcıları 4 ədəd bu tipli raket daşıya biləcək” – mənbədən bildirilib.“MİQ-31BM” qırıcıları yeni qırıcılara nisbətdə daha qısa mənzilə sahibdir.Qeyd edək ki, qərb tərəfindən fantastik adlandırılan “Kinjal” hipersəs raketləri indiyə kimi məlum olan bütün raketdən müdafiə sistemlərini məhv etmək qabiliyyətinə malikdir.pia.az