Dünya bu uşaqdan danışır - 8 yaşında universitetə gedəcək

Belçikada yaşayan Laurent Simons adlı 8 yaşlı uşaq dünya gündəmini zəbt edib
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb uşağın orta məktəb dərslərini bir il ərzində öyrənməsi və iki aylıq tətildən sonra universitetə getməsidir.Bu barədə danışan Laurentin valideynləri oğullarının uğuruna sevindiklərini bildiriblər. Simons əvvəllər həkim və ya astronom olmaq istədiyini, sonradan riyaziyyata olan marağından bu fikrindən daşındığını vurğulayıb. 8 yaşlı uşaq tətilin bitməsini və universitetə getməsini səbirsizliklə gözlədiyini söyləyib.pia.az