Fransada şok: Helikopterlə həbsdən qaçdı

Fransada barəsində 25 il həbs cəzası verilmiş məhbus Reduan Faid helikopterlə həbsxanadan qaçıb
PİA.AZ axar.az-a istinadən bildirir ki, bu barədə "Parisien" qəzeti yazıb.Paris yaxınlığında Sena de Marna departamentində yerləşən həbsxanadan qaçan Faidə 3 nəfər silahlı şəxs yardım edib. Məhbus isə Belçikada qeydiyyatda olan helikopter vasitəsilə qaçmağı bacarıb. Daha sonra helikopter Paris yaxınlığında yandırılmış halda tapılıb.Xatırladaq ki, Faid hələ 5 il əvvəl həbsdən uğurlu qaçış cəhdi edib. O zaman məhbus həbsxananın divarlarını partladıb, daha sonra bir neçə bölmə əməkdaşını girov götürüb.pia.az