“Bakıdakı kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır”

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında tarixi abidələri dağıdaraq silməyə çalışır”
Bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva AŞPA sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni dövriyyəsi” adlı məruzənin müzakirəsi zamanı bildirib. Deputat deyib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir: "İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər”.Milli Məclisin deputatı mədəni irsin qorunması istiqamətində UNESCO-nun roluna da toxunub.Bildirib ki, mədəniyyətin qloballaşdığı dövrdə hər bir xalqın mədəniyyətinə xas olan məqamlar və milli kimlik qorunub saxlanmalıdır: "Xalqlar bir-birinin mədəniyyətinə qarşılıqlı şəkildə hörmətlə yanaşmalıdırlar. Mədəni irs dağıntılardan, vandalizm aktlarından qorunmalıdır. Milli və mədəni irsin qorunması, ilk növbədə, onun mənsub olduğu xalqın əlində olsa da, eyni zamanda, beynəlxalq birlik və təşkilatlar da bu məsələyə xüsusi diqqət verməlidirlər".pia.az