Qisas almayınca yaşamaq haram...

PİA.AZ şair, publisist, AYB üzvü Cabir Alpoğlu Albantürkün şeirlərini təqdim edir
QAÇQIN OLMASAM DAMən şeir yazmıram, dərd darayıram,Qəlbimin küncündə yurd arayıram...Misrada yıxılıb qaldığım olur,Mənada utanıb öldüyüm olur;Torpağım həsrətdi ayağlarıma,Vətənim qürbətdi oyağlarıma...Ruhumu nəfsimlə çarmıxa çəkənQoçu günahların tövbəsi çətin:Barışa bilmirəm basılmağımla,Tükənir təkimdə yavan gücüm də...Qul haqqı sırğalıq sol qulağımda, Qaxılıb qalmışam yurdsuz gecəmdə...XANKƏNDİNDƏN ŞUŞAYACANXankəndində körüklənən“Ocaq” közü İrəvandan,Sumqayıtda sürüklənənCinayətin başı-“yan”dan.20 yanvar yuxusuQəbrə əkildi millətin,Qırıldı, amma qorxusuSəbrə çəkildi millətin...Vertalyotda qırılandanDövlətimin qanadları,Milətimin qollarındaMəğlubiyyət qandalları...Daşaltıda düşdüyümüzDaş altından çıxmalıyıq,23 il deşdiyimizYaraları sıxmalıyıq...Qart dünyanın vecinəmiXocalımın soyqırımı,Bəşər, yoxsa əcinəmiDaşnaksütun-hay qurumu...Xocalının "qırxını" daŞuşayla verdik o zaman,Haçandı bu qurğunu da“Dözümlü xalq”nan  pozamam...ŞƏHİD  OĞULUN DİLİNDƏNŞəhid Yusif Əliyevin xatirəsinə...Könüllü getdim döyüşə,Şəhid oldum Güllücədə.Vətən,qeyrət,din döyüşü,Sinəm sipər,güllə cida...Qanım tökülən torpağı,Vətənbazlar alan deyil.Qovulmasa yurddan yağı,Ruhum rahat olan deyil...Türkmənçayda bölünəndənMillətimiz yurdda xəcil,Bilinməzlər bilinəndənŞəhid ruhum burda xəcil...Səbr qırx gün,qırx ay olar-Nəyi gözləyirsiz axı?!Partizanlar tutuldular,Yer aldı düşmən ayağıBarışıq təklif edənlərXocalını yada salsın...Bir ömür  qəhər udanlarQisasını kimdən alsın...QAZİLƏRİN QƏLB ÇIRPINTILARIBizim qələbəmiz qisasdan keçər,Bizim xilasımız ixlasdan keçər...Mümkün azadlığda diridir gecə,Ayı,ulduzuyla azaddı,tamdıGünəşsiz açılan sabah yetimdi... Azadlıq,köləlik döyüşür hələ,İinsan varlığında,millət içindəDüşmənlə döyüşdə büzüşür kölə,Düsmənə nifrəti qorxusuyla tən.İgidlər olsa da mələk gücündəOrdusuz,sevgisiz qorunmaz vətən;Bağışlamaq böyüklükdü,qisas haqq!Yetər,bağışladıq yağı düşməni,Qisas almayınca yaşamaq haram.Qoy ölü vicdanlar yaşasın aram... Döyüşsüz sülh sabah uduzmaq deməkGüzəştli-güzəştsiz,fərqi yox anam.Ordumuz  gücünü göstərsin gərək,Onda yaranacağ sabaha inam...Yurda ağa,yurda oğul,yurda qulİgidlər var-yad gözünə yurd oxu...Qisasını al dünənin, bugününAçılmasa, kəs qartımımış düyünüGülyanaq İsmayılqızıpia.az