Makedoniya prezidenti sazişi imzalamadı

Xəbər verdiyimiz kimi, Yunanıstanın və Makedoniyanın xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov iyunun 17-də ölkənin yeni adının Şimali Makedoniya Respublikası adlandırılması barədə saziş imzalamışdılar
“Qafqazinfo” xəbər verir ki, Makedoniya prezidenti George İvanov daha öncə də elan etdiyi kimi, bu sazişi təsdiqləməyib və imzalamaqdan imtina edib.İvanov qərarını ölkə parlamentinə göndərdiyi məktubda qeyd edib ki, ölkənin adı dəyişərsə, bu, Makedoniyanın Yunanıstandan asılı vəziyyətə sala bilər.pia.az