PKK bütün əməliyyatları 24 saatlığına dondurdu

PKK terror təşkilatı Türkiyədə parlament və prezident seçkiləri günündə hakimiyyətə qarşı siyasi və hərbi fəaliyyəti dayandırdığına dair bəyanat verib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə "Rudaw" telekanalı məlumat yayıb.Məlumata görə, dövlət əleyhinə bütün tədbirlər 24 saat müddətinə dayandırılır. PKK rəhbərliyi bu addımlarını səsvermə prosesində iştirak etmək istəyən kürd vətəndaşların sakit şəraitdə öz namizdələrinə səs verə bilmək şansı yaratmaqla izah edib.Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkiqabağı mitinqlərdə terrorizmlə mübarizə mövzusunu gündəmə gətirib. O, Suriyanın və İraqın şimalında hərbi əməliyyatlar keçirən kürd qruplaşmalarına səslənib. İraqın şimalında kürdlərin bazaları olan ərazidən PKK-ya qarşı genişmiqyaslı kampaniyalar aparılır. Türkiyə qüvvələri bu regionlarda hava və yerüstü hərbi əməliyyatlar keçirirlər.pia.az