Qazaxda iki gün əvvəl ağır yaralanan sürücü xəstəxanada keçinib

İki gün əvvəl Qazaxda avtomobil qəzası nəticəsində ağır xəsarət alan sürücü keçinib
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kosalar kəndi ərazisində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Alırzayev Nəriman Şahvələd oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb.Qəza zamanı sürücü ağır bədən xəsarəti alaraq Qazax Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.Faktla bağlı araşdırma aparılır.pia.az