Kürdəmirdə yaşlı kişini maşın vurub

Kürdəmir rayonunda 55 yaşlı piyadanı avtomobil vurub
“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü şəhər sakini Salahov Tahir Allahverdi oğlu Babək prospektində yolu keçmək istəyərkən onu avtomobil vurub.Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.pia.az