Salyanda18 yaşlı oğlan öldü

Salyanda avtomobil piyadanı vurub
Hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, keçinib. Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır. (apa)pia.az