DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

Rusiyada futbol üzrə dünya çempionatı davam edir
APA-nın xəbərinə görə, bu günün ilk oyununda  G qrupunda Belçika ilə Tunis yığmaları qarşılaşıb. Paytaxt Moskvadakı "Spartak" stadionunda keçirilən oyunda Belçika rəqibinə 5:2 hesabı ilə qalib gəlib. Bu nəticə ilə Belçikanın xalı 6-ya çatıb. Tunis isə ardıcıl ikinci məğlubiyyətini alıb. Qrupun digər görüşündə İngiltərə Panama ilə qarşılaşacaq. Belçika- Tunis - 5:2Qollar: Eden Azar, 6 (pen.); 51. Romelu Lukaku, 16; 45+3. Mişi Batşuayi, 90 - Dilan Bronn, 18. Vəhbi Xəzri, 90+3Hakimlər: Ceyr Marrufo, Kori Rokuell (hər ikisi ABŞ), Xuan Zumba (Salvador), Andres Kunya (Uruqvay)Moskva, "Spartak" stadionupia.az