Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

“Şortik geyinən qız müəyyən partiyaların ortaya atdığı adamdır”
Son günlər cəmiyyətdə müzakirə olunan metrodakı şortik geyinən qız qalmaqalına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də reaksiya bildirib.Musavat.com xəbər verir ki, qəzetimizin Facebook səhifəsi üzərindən təşkil olunan canlı yayım verilişinə qonaq olan H.Hacıyev bildirib ki, şortik məsələsi ümumiyyətlə, təxribatdır.Onun sözlərinə görə, Qərb agenturası ölkədə ciddi şəkildə işləyir: “Onlar araşdırırlar ki, mentalileti necə qıcıqlandırmaq olar. Bunların hamısı bir mənbədən idarə olunur. Gedib o qızı araşdırsınlar ki, hansı partiyanın üzvüdür. Sən get, Azərbaycan xalqına yaraşmayan şəkildə otur, ayağını da ayağının üstünə aşır, camaat da buna qıcıqlananda onlara cavab qaytar. Axırda da səni vurub öldürsünlər. Nə olacaq? Bütün dünya bundan yazacaq və axırda da deyəcəklər ki, prezident hara baxırdı? Düşünülmüş bir şeydir. Hərənin əlində bir telefon var, çəkib yayır. O xanım elə-belə təsadüfi adam deyil”. Müsahibimizin fikrincə, şortik geyinən qız müəyyən partiyaların ortaya atdığı oyunların nəticəsidir: “Xaricin Azərbaycanda təxribat salmaqdan ötrü seçdiyi bir adamdır. Sabah Avropa Şurasında deyəcəklər ki, sizdə geyim azadlığı yoxdur. Ya da bir jurnalisti bulvarda gəzdiyi yerdə tuturlar. Tutmayın da. Axı bu adam qanını sənin üstünə atmaq istəyir. Bunu bilə-bilə niyə edirsiz?”pia.az