Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

Azərbaycanda həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Quliyev Ramil Sabir oğluna tanışı Ağdam rayon sakini Xəlilov İlqar Çoban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan 2 ədəd alt paltarına xüsusi üsulla hopdurulmuş 0,487 qram heroin aşkar edilib.Faktla bağlı araşdırma aparılır.pia.az