Neftçala sakinindən narkotik götürüldü

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qədimkənd kənd sakini Zöhrab Hüseynov saxlanılıb
DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən Qədimkənd ərazisində ona məxsus olan, kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.pia.az