Rio-de-Janeyroda polisin keçirdiyi əməliyyat zamanı 6 nəfər öldürülüb

Braziliyanın Rio-de-Janeyro şəhərində cinayətkarlığa qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində ən azı 6 nəfər ölüb, 14 yaşlı yeniyetmə yaralanıb
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, əməliyyatda polis və ordu birləşmələri iştirak edib. Ölənlərin hamısı 20-30 yaşlı gənclərdir. Şahidlərin sözlərinə görə, əməliyyatda cinayətkar hesab edilən şəxslərə helikopterdən atəş açılıb. Burada tanklar da iştirak edıb.pia.az