Azərbaycanda narkomanlar arasında yeniyetmələr və azyaşlılar da var

Azərbaycanda azyaşlılar arasında narkotik vasitələrdən istifadəyə meyillik var
Bunu Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib.O bildirib ki, 2016-2017-ci illərdə yeniyetmələr arasında narkotikdən istifadəyə görə məsuliyyətə cəlb olunanlar var:"Rəsmi statistikaya görə, ölkədə 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyatdadır. Bunların arasında yeniyetmələr və azyaşlılar da var. Məsələn, 2016-cı ildə 5, 2017-ci ildə isə daha 5 azyaşlı və yeniyetmə narkotik maddədən istifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib. Bu da yetkinlik yaşına çatmayanlar arasında narkotik maddəyə meyillənmədən xəbər verir".M.Əfəndiyev əlavə edib ki, narkotik istifadəçiləri arasında 14-17 yaşlılar, həmçinin 17-29 yaş arasında olan gənclər var: "Ölkədə qeydiyyatda olan 30 min narkotik istifadəçisinin 5 min nəfəri 17-29 yaş arası gənclərdir".(trend)pia.az