Şəmkirdə musiqiçilər qəzaya düşdü

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.Faktla bağlı araşdırma aparılır. pia.az