Sevinc 2-ci dəfə evlənməyib - Kino imiş…

Azərbaycanın tanınmış aktrisası Sevinc Əliyevanın ikinci dəfə ailə qurması barədə xəbər yayılıb
“Qafqazinfo” xəbər verir ki, “ATV maqazin onlarla” proqramı aktrisanın ağ gəlinlikdə müsahibə verən kadrlarını yayıbVideoda Sevinc 12 ildən sonra ikinci dəfə bu paltarı geyindiyini bildirib. S. Əliyevanın mediadan gizli ailə qurduğu iddia edilib.   Bu görüntülər mətbuatda və sosial şəbəkələrdə Sevincin ikinci dəfə ərə getdiyi və 24 yaşlı model Riad  Abdulovla nikah bağladığı qeyd edilib.  Hətta Riad səhifəsində xanımın üzünü gizlədərək “Mən getdim, heç kimə demədən, üstümə düşməyin” – şərhini yazıb. Əldə etdiyimiz məlumata görə, əslində, Sevinclə Riad evlənməyib və  həmin kadrlar  “Qayınana 2” filminin çəkiliş meydançasında lentə alınıb.  Onlar ssenariyə uyğun olaraq kinoda ailə həyatı qurublar. Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla ailəli olub.  Onların bu nikahdan 3 övladı var. 

pia.az