“Neftin baha olması ABŞ-a sərf etmir”

Xəbər verdiyimiz kimi bir müddət vvəl ABŞ prezidenti Donald Tramp neftin dünya bazar qiymətlərinin yüksək olduğunu bəyan edib və buna görə narazılığını bildirib
Cebhe.info xəbər verir ki, iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, D.Tramp bu məsələdə əsas günahkar da OPEC-i göstərib. Onun sözlərinə görə, bu, o deməkdir ki, ABŞ-ın dünya neft bazarına təsir gücü əvvəlki kimi deyil:"Demək, neft üzrə dünya bazarlarında rəqabət imkanları əvvəlkinə nisbətən, kifayət qədər genişlənib. Amerika üçün neftin qiymətinin yüksək olması heç də məqsədəuyğun deyil. Xüsusən də, indiki halda. FES-in uçot dərəcəsini artıraraq 2 %-ədək qaldırmasının bir səbəbi də məhz, bununla əlaqədardır". pia.az