Göygölə dolu düşdü, təsərrüfatlara ziyan dəydi - Foto

Bu gün Göygölə dolu yağıb. Saat 18.00 radələrində Qərb bölgəsinin bəzi rayonlarına yağış yağıb
Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib.Rayon İcra Hakimiyyəti Aparatından APA-ya verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub.Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.