Bu gün DÇ-2018-də dörd oyun keçiriləcək

Bu gün DÇ-2018-də növbəti oyunlar keçiriləcək
Apasport.az saytının məlumatına görə, gün ərzində baş tutacaq 4 oyunla C və D qrupunda ilk tura yekun vurulacaq. İlk olaraq Fransa ilə Avstraliya meydana çıxacaqlar. Heyət baxımından turnirin ən güclülərindən biri hesab olunan fransızlar mundialın favoritlərindən hesab olunurlar. Didye Deşamın komandası Avstraliya qarşısında turnirə uğurlu başlanğıc eləmək istəyir. Bunun üçün qələbə şərtdir.pia.az