“Microsoft” bəzi proqramların dizaynını yeniləyir

“Microsoft” şirkəti “Word”, “Excel”, “PowerPoint” və “Outlook” proqramlarının yeni versiyalarını buraxıb
İKT.lent.az-ın “İzvestiya” nəşrinə istinadən məlumatına görə, bu barədə şirkətin rəsmi saytında bildirilir. Yenilənmə proqramların dizaynına aid olacaq. Həmçinin axtarış sistemi yaxşılaşdırılacaq və süni intellektdən istifadə ediləcək.Məlumatda deyilir ki, bu yenilənmələr bir neçə aylar ərzində buraxılacaq və “gücün balansı və sadəliklə yeni iş mədəniyyəti” əsasında olacaq. İlk növbədə yenilənmə “Office.com” üçün “Word”ün veb versiyasında olacaq. Daha sonra - iyunun sonundan istifadəçilər “Windows” üçün yeni “Word”, “Excel” və “PowerPoint” proqramlarını görəcəklər. Daha dörd ay sonra yenilənmə “Windows” üçün nəzərdə tutulmuş “Outlook” üçün olacaq. Avqustda isə “Mac” üçün yeni “Outlook” proqramı istifadəyə veriləcək.pia.az