Salyanda 24 yaşlı qadına xəsarət yetirilib

Bu gün səhər saatlarında Salyan şəhərinin B.Talıblı küçəsindəki evlərdən birinin həyətində hələlik şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən 24 yaşlı qadına xəsarət yetirilib
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yaşayış evinin həyətindəki hində saxladığı toyuqlara dən tökmək istəyən Kəmalə Təzəxan qızı Əliyeva qəflətən tanımadığı şəxs tərəfindən yumruqla vurulduğu üçün üzü üstə yerə yıxılaraq alın nahiyəsindən xəsarət alıb.Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilən qadına tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.Qeyd edək ki, qadının ailəsi son vaxtlar evlərindəki məişət əşyalarının naməlum şəraitdə bir neçə dəfə qəfil yanması barədə şikayətçidir. Faktla bağlı araşdırma aparılır.pia.az