KTMT çökür... - Məhəmməd Əsədullazadə yazır

PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir
Rusiyanın hərbi-siyasi bloki olan Kollektiv Təhüləkizlik Müqaviləsi Təşkilatında (KTMT) çatlar yaranıb. Üzv dövlətlərin bir-birinə qarşı inamsızlığı və qarşlıqlı problemlər yaşaması adi hala çevrilib. Bu da təşkilat daxilində parçalanmaya və ümumi problemlərə qarşı birgə mövqe sərgiləməsini çətinləşdirir.Qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyi və qərbpərəst siyasətin formalaşması, Belarusla Rusiya arasında gömrük və ərzaq məhsulları ilə bağlı narazılıqlar, nəhayət Qazaxıstanın ABŞ-la yaxınlaşması, KTMT-nin gələcək fəaliyyətini sual altına qoyur. Qazaxıstanda KTMT topalntısında Rusiya XİN rəhbəri açıq şəkildə Ermənistanda ABŞ-ın labaratoreya inşasını, Qazaxıstanın ABŞ hərbiçilərinə dəniz limanından istifadəyə icazə verməsini narazılıqla qarşıladı. Bundan əlavə, Belarusun Azərbaycana "Polonez" reaktiv raket sistemlərini satması, Qazaxıstanın Azərbayacana siyasi dəstəyi Ermənistanın da KTMT ümidini puç edib.Qeyd edim ki, yaxın illərdə KTMT fəaliyyətini dayandıracaq və Rusiya yeni format axtarışında olacaq. Ümumiyyətlə Rusiyanın siyasi-hərbi proyektlərinin iflası məhz Kremlin üzv dövlətləri ilə tərəfdaş kimi deyil, forpost kimi davaranması belə təşkilatların bir neçə ildən sonra fiaskosuna səbəb olur.pia.az