Taliban lideri Əfqanıstanla bağlı ABŞ-ı danışıqlara dəvət edib

Taliban lideri Heybətullah Axundzadə ABŞ-ı danışıqlara dəvət edib
APA-nın “Tolo News”-a istinadən verdiyi xəbərə görə, Taliban lideri Əfqanıstandakı uzunmüddətli qarşıdurmaya son qoymaq üçün ABŞ-ı sülh danışıqlarının ilkin mərhələsinə dəvət edib.“Əgər ABŞ rəsmi şəxsləri münaqişənin sülh yolu ilə həllinə gerçəkdən inanırsa, danışıqlar masasına əyləşib, birbaşa dialoqa başlamalıdır”, =deyə Axundzadə diqqətə çatdırıb.Onun sözlərinə görə, ABŞ hər problemə inadla yanaşır, amma gücün istifadəsi həmişə arzuolunan nəticələr vermir.Taliban lideri onu da qeyd edib ki, Əfqanıstanın xilasının yeganə yolu NATO-nun “Qətiyyətli Dəstək” hərbi əməliyyatlarında iştirak edən ABŞ hərbi kontingentinin ölkədən çıxmasıdır.Heybətullah əlavə edib ki, Əfqanıstandakı böhranlı vəziyyət, dağıdıcı nəticələr yalnız danışıqlar yolu ilə aradan qaldırıla bilər.pia.az