“Mister Tramp müvəqqəti anlaşılmazlıqdır” – MKİ-nin sabiq direktoru…

Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsinin (ABŞ MKİ) sabiq direktoru Con Brennan Prezident Donald Trampı “müvəqqəti anlaşılmazlıq” adlandırıb.
Bu barədə Brennan öz “Tvitter” səhifəsində yazıb.“Sizin hərəkətləriniz və pis düşünülmüş proteksionist siyasətiniz bizim beynəlxalq vəziyyətimizə və milli maraqlarımıza zərər vurur. Sizin dünyagörüşünüz Amerika dünyagörüşünü əks etdirmir. Müttəfiqlərə və dostlara: narahat olmayın, mister Tramp – “müvəqqəti anlaşılmazlıqdır”. Sizin tanıdığınız Amerika tezliklə qayıdacaq” - Brennan yazıb.Barak Obama dövründə MKİ-nin direktoru olmuş Brennanın bu fikirləri Trampın Kanada hökumətinin başçısı Castin Tryüdonun ünvanına səsləndirdiyi tənqidə bir cavab olub. Məlum olduğu kimi, ABŞ prezidenti Kanadanın baş nazirini “zəif” və “qeyri-səmimi” adlandırmışdı. (AzPolitika.info)pia.az