Xalq artisti məmurla dalaşdı, işdən çıxdı

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib
PİA.AZ ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub.İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.Qeyd edək ki, S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu. Məsələ ilə bağlı S.Cəfərovla əlaqə saxlanılıb. O, bu barədə danışmaq istəmədiyini bildirib.pia.az