“İstəyirəm ki, tək olum...” - Xalq artisti

Xalq artisti Nəzakət Teymurova solo konsert proqramı ilə çıxış edəcək
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı iyunun 20-də "Yaşıl Teatr" səhnəsində pərəstişkarları ilə görüşəcək. N.Teymurova konserti haqda məlumat verib:“Repertuarda demək olar ki, heç vaxt ifa etmədiyim mahnılar olacaq. Əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın bəstələri və aşıq mahnılarıdır. Demək olar ki, janrı tamamilə dəyişmişik. Səhnədə 15 nəfərlik heyətlə çıxış edəcəyəm. Bu vaxta kimi muğam konsertlərim, kamera orkestrı ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Nostalji mahnıları yeni tərzdə təqdim edəcəyik. Aparıcı barədə isə hələ düşünməmişik. İmicimə gəldikdə isə stilist Elnur Həsənova müraciət etmişəm”.İfaçı solo konsertlərdə duet ifa edənlər haqda da fikir bildirib:“Düşünürəm ki, solo konsert sırf səbəbkara aid olan gecədir. Ona görə də istəyirəm ki, tək olum. Bu həm də ifaçının, xanəndənin potensialından asılı olan bir şeydir. Dostlarımız var ki, konsert edirlər və bir çox həmkarlarını toplayır. O zaman konsert verənin üzərinə güc düşmür. Rahat olur”.pia.az