Abşeronda gənc oğlan özünü körpüdən atıb

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Abşeronda gənc oğlan intihara cəhd edib."Report"un xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesində baş verib.2001-ci il təvəllüdlü Bəxtiyarlı Şahlar Özbəy oğlu özünü Xırdalan şəhəri ərazisində yerləşən körpüdən yerə atıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.pia.az