Dünyanın ən yaxşı binaları seçildi

Memarlıq və şəhərsalma sahəsində dünyanın ən nüfuzlu mükafatlarından sayılan "Best Tall Building" mükafatlarının qalibləri bilinib
Milli.Az bildirir ki, Beynəlxalq "Çoxmərtəbəli binalar və şəhər mühiti Şurası"nın (The Council On Tall Buildings And Urban Habitat, CTBUH) təsis etdiyi mükafatların builki nominasiyaları və qaliblərinin siyahısı belədir:"Dünyanın ən yaxşı binası" - Oasia Hotel Downtown Singapore (Sinqapur)"ABŞ-ın ən yaxşı binası" - American Copper Buildings (Nyu-York)"Avropanın ən yaxşı binası" - The Silo (Kopenhagen, Danimarka)"Afrikanın və Yaxın Şərqin ən yaxşı binası" - Zeitz MOCAA (Keyptaun, Cənubi Afrika Respublikası)"Müasir şəhər mühiti mükafatı" - The World Trade Center (Nyu-York)"Ən yaxşı layihə" - The EY Centre (Sidney, Avstraliya)"Son 10 ilin ən yaxşı binası" - New York Times Building (Nyu-York, ABŞ)"Son 10 ilin ən yaxşı layihəsi" - Shanghai World Financial Centre (Şanxay, Çinq)pia.az