Məşhur rus yazıçısı vəsiyyət etdi: “Qazaxıstanı parçalayın!”

Rus yazıçı yazıçı Eduard Limonov Tvitter hesabında vəsiyyət nəşr edib
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yazıçı vəsiyyətində Rusiyanın nə etməli olduğu barədə fikirlərini bölüşüb.“Birdən o vaxtadək yaşamasam, Ukraynanın Xarkovdan başlayaraq, bütün rusdilli vilayətlərini Rusiyanın tərkibinə qatın. Nazarbayevin ölümündən dərhal sonra Qazaxıstanı Çinlə bölüşdürün. Lakin Çinə Xəzərə çıxış imkanı verməyin. Qazaxıstanın bölüşdürülməsi Molotov-Ribbentrop paktı kimi bir şey olub. Çinlilərə cənubu verin”.75 yaşlı Eduard Limonov “Bu mənəm-Ediçka”, “Onun nökərinin əhvalatı”, “Tutqun zamanların əcnəbisi”, “Uğursuz adamın gündəliyi” kimi romanların müəllifidir.pia.az