“Nokia” 4G-ni dəstəkləyən telefonu satışa çıxardı

Sinqapurun “Lazada” mağazalarında onun qiyməti təxminən 73 dollardır. Alıcılara sarı və qara rənglərdə telefonlar təklif edilib
Bu ilin fevral ayında təqdim edilmiş və 4G şəbəkəsini dəstəkləyən “Nokia 8110” telefonu satışa çıxarılıb. İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, hələlik onu Sinqapurda əldə etmək mümkündür. Ancaq cihaz digər bazarlarda da əlçatan olacaq. Avropada isə “Nokia 8110” telefonlarına sifarişlərə başlanılıb. Fransa, İtaliya, İspaniya və Almaniyada cihazı müvafiq olaraq 89,75, 91,24, 90,50 və 88,99 avroya almaq mümkündür. Telefonun iyulun 4-də satışa çıxarılacağı gözlənilir. pia.az