ABŞ dövlət katibi Türkiyə XİN rəhbəri ilə görüşəcək

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək
ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.Virtualaz.org-un məlumatına görə, Vaşinqtonda keçiriləcək görüş zamanı tərəflər Menbiç yol xəritəsini təsdiqləyəcəklər.Görüş zamanı, həmçinin digər ikitərəfli, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.Qeyd edək ki, nazir dövlət katibi Mayk Pompeonun dəvəti ilə 3-4 iyun tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq.Mövlud Çavuşoğlu səfər çərçivəsində ABŞ-dakı türk və müsəlman icmalarının üzvləri, Amerikanın işgüzar dairələrinin, analitik mərkəzlərin və  KİV nümayəndələri ilə də görüşəcək.pia.az