İldırım Londonda aeroportun yanacaqdoldurma sistemini zədələdi

İldırım vurması nəticəsində Londonun "Stensted" aeroportunda təyyarələrin yanacaqdoldurma sistemi zədələnib
PİA.AZ APA-ya istinadən bildirir ki, bu səbəbdən aeroportdan onlarla aviareys ya ləğv edilib, ya da təxirə salınıb.Hazırda mütəxəssislər "Stensted" aeroportunun yanacaqdoldurma sistemini təmir edir. Ancaq təmir müəyyən vaxt tələb edir. Aeroport rəhbərliyi sərnişinlərə uçuşlar barədə məlumatı aviaşirkətlərin saytından izləməyi məsləhət görüb.Qeyd edək ki. ötən gün axşam Böyük Britaniyada leysan yağış yağıb, 4 saat ərzində 15 mindən çox ildırım çaxıb. Böyük Britaniyada ölkənin bir neçə yerində yağış və subasma təhlükəsi ilə əlaqədar "sarı" təhlükə səviyyəsi elan edilib.pia.az