Arsen Venqer İniestanın baş məşqçisi ola bilər

22 illik Arsenal karyerası sona çatan Arsen Venqer Yaponiyaya qayıda bilər. 1995-96-cı illərdə Nagoya Grampus-u çalışdıran Venqerə gündoğar ölkədən də təkliflər gəlib
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsisə Vissel Kobe xüsusi maraq göstərir. Bu klub bir neçə gün öncə Andres İniesta ilə müqavilə imzalamışdı. Arsen Venqerin İngiltərə və Şimali Amerika klublarında işləmək variantı da var. pia.az