İsrail aviasiyası fələstinlilərin Qəzza zolağındakı mövqelərinə zərbələr endirib

İsrail aviasiyası fələstinlilərin Rəfah şəhərində və Qəzza zolağındakı hərbi mövqelərinə zərbələr endirib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə HƏMAS-ın hərbi qolu olan “Kassam” silahlı birləşmənin bəyanatında bildirilir.“İsrail təyyarələri Qəzza zolağının cənubundakı Eyn Calut mövqelərinə zərbə endirib”, - deyə məlumatda bildirilir.Həmçinin Rəfah şəhərinin qərbindəki “Əl Həşaşin” mövqeləri bombalanıb.pia.az