İlham Əliyevin oğlu məzun oldu

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı “ADA” Universitetindən məzun olub
Bu gün “ADA”dan məzun olanlar üçün tədbir keçirilib.Tədbirdə H.Əliyevin valideynləri - Pezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib.Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb.Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq “ADA” Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.pia.az