“Qarabağ” klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

Ağdam komandası Avstriyaya iyunun 20-də yollanacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” klubunun yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.Ağdam təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 13-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftə hazırlıq keçəcək ağdamlılar ayın 20-də Avstriyaya yollanacaq.Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq “Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı Çempionlar Liqasının püşkünün nəticəsindən asılı olacaq. Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə, komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.Qeyd edə ki, “Qarabağ” son illər yay toplanışını Kössendə keçir.pia.az