25 yaşlı piyadanı maşın vurdu

Gəncədə piyadavurma hadisəsi baş verib
 APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Aydın Quliyev hərəkətdə olan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.pia.az