“Oğlumu bağrıma basmaq istəyirəm”

Sabiq casusun qızı mübhəm məkanda "Reuters"-ə ilk müsahibəsini verib
Çərşənbə günü, mayın 23-də İngiltərədə sinir agenti ilə zəhərlənən və Moskva ilə Qərb arasında diplomatik gərginliyə səbəb olan şəxslərdən biri – Yuliya Skripal kimyəvi silah hücumundan bu yana ilk video müsahibəsini verib. O, “asta-asta yaxşılaşdığını” və nəhayət, bir gün Rusiyaya dönə biləcəyinə ümid etdiyini söyləyib.Xanım Skripal Londonda, adı açıqlanmayan bir məkanda “Reuters”-ə danışıb və boyundakı yara izindən başqa, traxeotomiya ucbatından Sovet İttifaqının son illərdə inkişaf etdirilmiş ölümcül zəhərin – sinir agentinin digər əlamətinin görünmədiyi ortaya çıxıb.Yuliya ağaclarla əhatələnmiş yaşıl cığırla, əyninə çiçəkli naxışı olan don geyinmiş və gəzişən halda əks olunub.Videoda xanım Skripalın peyda olması, görünür, Rusiya hökumətinin elan etdiyi möhtəkir xəbərləri inkar etmək üçün nəzərdə tutulub. Böyük Britaniyanın martın 4-də ata Sergey Skripalın qızı ilə birlikdə zəhərlənməsinin uydurma olmasına, həbsdə saxlanılmasına dair nağılların…Rusiyadakı Britaniya səfirliyinin əməkdaşlarını açıq şəkildə sorğu-suala tutan Yuliyanın əmisi qızı Viktoriya Skripal iki dəfə İngiltərəyə səfər vizası almaqdan məhrum edilib.Britaniya hücum görə Moskvanı günahlandırıb, Kremlin bunu inkar etməsi iki ölkə arasında diplomatların qarşılıqlı qovulması ilə nəticələnib.Video müsahibədə Yulia Skripal rus dilində danışır: “Həyatım tar-mar olub. Mənfi dəyişmələrlə barışmaq istədikdə, üzərimdə həm fiziki, həm də emosional təzyiq hiss edirəm. Günlər bir-birinin ardınca beləcə keçir və mən atamın tam sağalmasına qədər qulluğunda durmaq istəyirəm. Uzun müddətdən sonra, nəhayət, ölkəmə dönəcəyimə ümid edirəm”.Keçmiş rus casusu cənab Skripal Rusiyadakı həbsxanasından azad edilməsindən sonra 2010-cu ildə başqa bir məhbusla dəyişdirilərək İngiltərəyə göndərilib. O vaxtdan bəri Solsberidə yaşayıb, bəzən Rusiyanın hərbi kəşfiyyat xidmətinə önəm vermədən qısa səyahətlər edib.Sergey Skripalın 33 yaşlı qızı Yuliya Skripal martın 4-də Solsberidə zəhərlənmiş halda tapılıb.Xanım Skripal 20 gün davam edən komadan sonra özünə gəldikdən sonra sinir agenti ilə zəhərləndiyini öyrənib və dərin şok keçirib.O, həmçinin “hazırda” Londondakı Rusiyanın səfirliyindən kömək istəmədiyini söyləyib. Rusiya, məlum olduğu kimi, bu ailə cütlüyünə əlçatma imkanının olmadığını etiraz edən bəyanatlarla təbil çalır.Yuliya deyib: “Həm də əvvəlki ifadələrimdə söylədiyim kimi, təkrarlamaq istəyirəm ki, kimsə mənim və ya atamın yerinə danışmamalıdır, özümüzdən başqa heç kimin bəyanatı etibarlı deyil.Britaniyalı məmurlar bir neçə həftə ərzində Skripal iddiası ilə bağlı çox az şərh veriblər, lakin Rusiya televiziyası bu işi şişirtməkdə davam etdirir və şənbə günü şahzadə Harri və Meqan Marklın toyu ilə xüsusi bir şəkildə calaşdırıb.Xüsusən, cənab Skripalın 89 yaşlı anasından müsahibə götürülüb və o, ingilis səlahiyyətlilərə oğlu ilə görüşün təmin edilməsi üçün yalvarıb.O, göz yaşlarını silərək 14 ildir görmədiyi övladı barədə bunu deyib: “Oğlumu bağrıma basmaq istəyirəm”.“Xahiş edirəm, oğlumla bircə dəfə telefonla danışmağıma icazə verin”, – o, Rusiyanın “1-ci kanal”ında yayımlanan tok-şouda söyləyib. “Niyə ona telefon zəngi etməyə icazə vermirlər? Niyə? Səbəb nədir?”Ellen Barri“The New York Times”Tərcümə: Strateq.azpia.az