İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları mayın 23-də beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar
"Report" xəbər verir ki, Ukrayna Milli Polis Baş İdarəsinin kommunikasiya bölməsindən saxlanılan şəxsin 2017-ci ildə Azərbaycan ərazisində külli miqdarda ziyan vurmaqla dələduzluq edərək hüquq-mühafizə orqanlarından gizləndiyi bildirilib.O, bundan sonra ölkəni tərk edib və beynəlxalq axtarışa verilib.Hazırda saxlanılan şəxs müvəqqəti təcridxanaya yerləşdiriləcək. Ardından cinayətkar vətəninə ekstradisiya ediləcək. Azərbaycan Respublikası qanunlarına əsasən, dələduzluq edən şəxs 7 ilə qədər azadlıqdan məhrum oluna bilər.pia.az