Bakıda mənzildə 58 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildə meyit aşkarlanıb
PİA.AZ-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.pia.az