Qubada ruhi xəstə avtomobil qaçırdı

Qubada avtomobil qaçıran şəxs tutulub
DİN-dən verilən məlumata görə, mayın 22-da saat 15 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus “VAZ-2105” markalı avtomobil qaçırılıb və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub.Nəticədə xəsarət alan olmayıb, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma aparılır.pia.az