“Psixoloji yardım haqqında” qanun qəbul olunacaq

“Azərbaycanda psixoloji yardımın səviyyəsi çox aşağıdır. Bu xidmət, demək olar ki, yoxdur. Psixoloji yardımı göstərənin axtarıb tapsaq, görəcəyik ki, savadı yoxdur, ya da ekstrasentdir”
Bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.Komitə sədri qeyd edib ki, psixoloji yardımla bağlı problem aradan qaldırılmalıdır. Ə.Əmiraslanov vurğulayıb ki, bu problemin həlli üçün “Psixoloji yardım haqqında” qanun qəbul olunacaq. (azvision.az)pia.az