İngiltərə Futbol Assosiasiyası “Arsenal” klubunu cərimələyib

London təmsilçisi Premyer Liqanın XXXI turunda səfərdə "Lester"lə matçda baş verən hadisələrə görə 20 min funt sterlinq məbləğində cərimə olunub
"Arsenal" futbolçuları sözügedən matçda qarşılaşmanın baş hakimi Qrem Skottun təyin etdiyi penaltiyə kəskin etiraz edib və onu əhatəyə alıblar.Qeyd edək ki, "Lester" - "Arsenal" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. (report.az)pia.az